Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Kamışlı bölgəsində yeni əməliyyat keçirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının “rəhbərlərindən” biri olan Remziye Altığ məhv edilib.
Onun terror təşkilatının maliyyə işləri ilə məşğul olduğu qeyd edilir.