İsraillə döyüşlərdə daha dörd "Hizbullah”çı zərərsizləşdirilib

A- A A+

İsraillə döyüşlərdə Livan “Hizbullah” qruplaşmasının dörd nümayəndəsi zərərsizləşdirilib.

NUHÇIXAN xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, İsrail müdafiə ordusu ilə Livanın cənubunda baş verən atışmada “Hizbullah”ın məsul şəxsləri Hasan Musavi, Haydar el-Muzavi, Rakan Seyfəddin, Abbas Acemiad ölüblər.

Məlumata görə, oktyabrın 8-dən indiyədək İsraillə döyüşlərdə ölən “Hizbullah”çıların sayı 133-ə çatıb. İnformasiyaya əsasən, bundan başqa bu müddət ərzində döyüşlərdə Livanın 28 mülki vətəndaşı, İsrailin 5 mülki sakini və 8 hərbçisi ölüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: