Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni illə bağlı videomüraciətində ədalətsiz və sabitsiz dünya nizamının son çırpıntılarını yaşadığına inandıqlarını söyləyib.
NUHÇIXAN-ın məlumatına görə, dövlət başçısı Türkiyənin inkişafına mane olmaq istəyənlərin olduğunu bildirib: “Bunun üçün terrordan, iqtisadi təzyiqlərə qədər müxtəlif vasitələrdən istifadə edirlər”.
Ərdoğan deyib ki, Türkiyə məqsədlərinə çatmaq üçün heç vaxt qurban verməkdən çəkinməyib: “Millətimiz həmrəylik göstərdikcə bizi kimsə parçalaya bilməz. Müxtəlif sahələrdəki uğurlarımızla dostlarımıza inam, düşmənlərimizə qorxu verməyə davam edəcəyik”.
Türkiyə lideri vurğulayıb ki, 2024-cü ilin ölkəsi üçün uğurlu olacağına inanır.