HƏMAS-la İsrail arasında girovların azad edilməsi ilə bağlı dərin fikir ayrılıqları mövcuddur.
Bu barədə NUHÇIXAN “The Times of Israel” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, İsrailin HƏMAS ilə girovların azad edilməsinə dair yeni saziş üzrə danışıqları “çox çətin” vəziyyətdə davam edir, çünki radikal qruplaşma İsrailin qəbul etməkdə çətinlik çəkəcəyi hədsiz tələblər irəli sürür.
Nəşr yüksək rütbəli məmurlara istinadla bildirib ki, razılığa gəlmək cəhdləri çətin ki, yaxın gələcəkdə nəticə versin.
Qeyd olunub ki, HƏMAS İsrailin Qəzza zolağından bütün qoşunlarını çıxarmasını istəyir.