ABŞ-də ermənipərəst senator Menendes Qətərə casusluqda ittiham olunub

A- A A+

Qızğın ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes əlavə olaraq rüşvət almaqda və Qətərə casusluqda ittiham olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin məlumat bazasında dərc olunan sənədlərdə deyilir.

Qeyd olunub ki, senator rüşvət kimi qiymətli əşyaları, pulları, Formula 1 dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları rüşvət kimi qəbul edib. Bunun üçün Menendes “Qətər hökumətinin xeyrinə olan tədbirləri görməli olub”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: