Türkiyənin İstanbul şəhərində kilsə və sinaqoqlara hücuma hazırlaşmaqda təqsirləndirilən 25 nəfər həbs olunub.
NUHÇIXAN Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən il dekabrın 29-da Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbə Müdirliyinin həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan 32 şübhəlidən 25-i həbs edilib.
Onlardan 5-i barəsində məhkəmə nəzarəti hökmü tətbiq edilib, 2 nəfəri ölkədən deportasiya olunub, 25 nəfəri isə məhkəmənin hökmü ilə həbs edilib.
Qeyd olunub ki, İŞİD üzvləri olan bu şəxslər ölkə ərazisində sinaqoq və kilsələrə hücuma hazırlaşmaqda şübhəli biliniblər.