Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 73-ə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu haqda məlumat yerli hakimiyyət orqanlarının təqdim etdiyi hesabatda öz əksini tapıb.
Qeyd olunub ki, ölüm halları ən çox İşikava prefekturasının şəhərlərində - Vacima və Suzuda qeydə alınıb.
Təbii fəlakət nəticəsində 100 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.