Ərdoğan CHP liderindən aldığı təzminatı hərbi fonda bağışlayıb

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəldən aldığı təzminatı hərbi fonda (Mehmetçik Vəqfi) bağışlayıb.

NUHÇIXAN "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın "X" hesabında paylaşım edib.

O bildirib ki, Prezidentin şəxsi hüquqlarının pozulmasına görə CHP sədrindən alınan 65 min lirəlik mənəvi təzminat əsas və əlavə debitor borclarla birlikdə Ərdoğanın icazəsi ilə Mehmetçik Vəqfinə bağışlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: