Şimali Koreya lideri raket buraxılış qurğularının istehsalı zavoduna baş çəkib

A- A A+

Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raketlərin (QBR) mobil buraxılış qurğularının istehsalı zavoduna baş çəkib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Bildirilir ki, KXDR rəhbəri nüvə yayındırıcılığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Agentliyin məlumatına görə, zavoda səfəri zamanı Kim Çen In müxtəlif taktiki-strateji silahlar üçün reaktiv daşıyıcı raketlərin istehsal gücünün artırılması ilə bağlı tədbirlər görmək barədə göstəriş verib və zavodun ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: