Ermənistanın iri müəssisələrindən olan “Nairit” kimya zavodunun müflis olması səbəbindən işsiz qalan insanlar hökumət binası qarşısında etiraz aksiyası keçirərək pozulmuş hüquqlarının bərpasını tələb ediblər.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar zavodun öz əməkdaşlarına 15 milyon dollardan çox borcunun olduğunu bildiriblər. Bu məbləğ artıq dördüncü ildir ödənilmir. Hökumətə dəfələrlə müraciət olunsa da, fəhlələrin tələbi yerinə yetirilmir.
Zavodun əməkdaşları məsələ ilə bağlı beynəlxalq məhkəməyə də müraciət ediblər. Hökumət binası qarşısında toplaşanlar rəsmilərlə görüş tələb ediblər. Lakin onların cəhdləri cavabsız qalıb. Etirazçılar heç yerdə iş tapa bilməmələrindən şikayətləniblər. Hökumətin başı isə vəzifə bölgüsünə qarışıb.