Danimarka “F-16”ların Ukraynaya göndərilməsini bir neçə aylığa təxirə salıb

A- A A+

Danimarka ilk altı ədəd “F-16” qırıcısının Ukraynaya verilməsini bu ilin ikinci rübünə təxirə salıb.

NUHÇIXAN “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Danimarkanın Baş naziri Mette Frederiksen ilk “F-16”ların yeni il ərəfəsində Ukraynaya göndəriləcəyini bildirmişdi.

Danimarka 2023-cü ilin avqustunda Ukraynaya 19 ədəd “F-16” qırıcısı göndərəcəyini vəd edib. ABŞ təyyarələrinin Kiyevə verilməsi məsələsində Danimarka və Niderlanda “yaşıl işıq" yandırıb. Adıçəkilən ölkələr həm də ukraynalı pilotlar hazırlayır. Onlardan başqa, Norveç də Ukraynaya qırıcılar vermək niyyətindədir. Belçika 2025-ci ilə qədər “F-16”ları Ukraynaya göndərməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: