Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri ötən gün Rusiyanın atdığı 21 kamikadze dronunu zərərsizləşdirib.
NUHÇIXAN “Ukrainska Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, yanvarın 6-dan 7-nə keçən gecə Rusiya Krasnodar ərazisindəki Primorsk-Axtarsk aviabazasından Ukraynaya ümumilikdə 28 "Şahed 136/131" dronu ilə hücum edib.
Qeyd olunub ki, Ukrayna Hava Qüvvələri və Müdafiə Qüvvələri tərəfindən dronlardan 21-i məhv edilib.