HƏMAS–ın mənəvi lideri Şeyx Əhməd Yasinin nəvəsi Əli Əbu Aca Qəzza zolağının bombalanması nəticəsində ölüb.
NUHÇIXAN xəbər verir ki, məlumatı İsrail KİV yayıb.
Məlumata görə, Əli Əbu Aca jurnalistika ilə məşğul olurmuş.
Qeyd edək ki, Əhməd Yasin HƏMAS-ın qurucularındandır. O, 1937-ci il yanvarın 1-də Əl-Curada anadan olub. 2004-cü il martın 22-də Qəzza zolağında 67 yaşında İsrail hərbçiləri tərəfindən öldürülüb.