Yaponiya Ukraynaya 37 milyon dollar ayıracaq

A- A A+

Yaponiya Ukraynanı pilotsuz uçuş aparatları (PUA) aşkarlama sistemləri ilə təmin etmək üçün NATO fonduna 5,3 milyard yen (37 milyon ABŞ dolları) verəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransı zamanı deyib.

O, daha əvvəl bildirmişdi ki, Kiyevdə Ukraynaya dəstək məsələlərini, bu ölkə ilə iqtisadiyyatın bərpasına dair birgə konfransı, ədalətli və davamlı sülhə nail olmaq yollarını müzakirə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: