Türkiyədə qanunsuz miqrasiyaya qarşı növbəti genişmiqyaslı əməliyyat keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata əsasən, ölkənin 27 vilayətindəki 57 ayrı-ayrı nöqtədə “Qalxan-7” əməliyyatı keçirilib. Nəticədə 2155 qanunsuz miqrant saxlanılıb.
Əməliyyat zamanı insan qaçaqçılığı ilə məşğul olması şübhəsi ilə 80 nəfər nəzarətə alınıb.