Son 3 ayda Livanda Hizbullah qruplaşmasının 130 üzvü məhv edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Yaralananların sayı açıqlanmayıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl Hizbullaha xəbərdarlıq etmişdi. Həmçinin İsrail hərbçiləri Livanla müharibəyə hazırlaşdıqlarını bildirmişdilər.
Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb.