Dünyada avtomobil istehsalına görə beşinci şirkət olan “Hyundai Motor Group”un gələn il 3 əsas bazarda – ABŞ, Avropa və Çində satışları azalacaq.
NUHÇIXAN xəbər verir ki, şirkətin mütəxəssisləri gələn il dünyada cari il üçün gözləniləndən 0,1 faiz az (92,39 milyon ədəd) “Hyundai” və “Kia” avtomobillərinin satılacağını proqnozlaşdırıblar. Buna səbəb kimi bildirilib ki, ABŞ ilə Çin arasında davam edən ticarət mübahisələri, Çində iqtisadi artımın zəifləməsi, Avropada dizel yanacağı ilə işləyən avtomobillərə qadağaların çoxalması “Hyundai Motor Group”un satışlarına mənfi təsir göstərəcək. Qeyd olunub ki, ABŞ-da satış 1,4 faiz, Avropada 0,2 faiz, Çində isə 0,2 faiz azalacaq. Bundan başqa, uçot dərəcəsinin yüksəlməsi və inkişaf tempinin yavaşlaması daxili bazarda da satışın 1 faiz azalması ilə nəticələnəcək.
Yonhap agentliyi yazır ki, şirkətin inkişaf etməkdə olan bazarlarda, o cümlədən Hindistan, Braziliya və Rusiyada satışının ümumilikdə 7,7 faiz çoxalması gözlənilir.