Türkiyənin daxili işlər naziri: "Terrorçular artıq uduzub"

A- A A+

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya terrorçuların artıq uduzduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, nazir bu barədə Ankarada valilər iclasında çıxışı zamanı danışıb.

O qeyd edib ki, terrorla, narkotik ticarəti ilə mübarizə davam edəcək: “Onlar məğlubiyyətə məhkumdurlar”.

A.Yerlikaya söyləyib ki, bu qələbəni təmin edən əsas amil xalq-hakimiyyət birliyidir: “Əlbəttə, dayanmayacağıq. Son terrorçu məhv olana qədər mübarizəmizə davam edəcəyik. Böyük və güclü Türkiyə hədəfinə çatacağıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: