Ötən il Ermənistanın baş nazirinin Aparatında pul mükafatları 1 milyon dolları ötüb

A- A A+

Ötən il Ermənistanın baş nazirinin Aparatında pul mükafatları 413 milyon 495 min dram (bir milyon ABŞ dollardanın bir qədər çox - red.) təşkil edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “168.am”a hökumət Aparatının rəhbəri yazılı sorğuya cavab olaraq məlumat verib.

Baş nazirin Aparatının Kadrlar və Şəxsi heyət İdarəsi qeyd edib ki, hər bir əməkdaş yerinə yetirilən işin keyfiyyətinə, nəticələrinə uyğun olaraq mükafatlandırılıb.

Qeyd edək ki, baş nazirin Aparatında 705 nəfər çalışır. 2023-cü il üçün əmək haqqı fondunun özü 3 milyard 219 milyon dram (təxminən 8 milyon dollar), bonus fondu isə əlavə olaraq 413 milyon 926 min (təxminən 1,03 milyon dollar) təşkil edib.

İl ərzində 99,9% xərclənib (413 milyon 495 min mükafat ödənildiyi nəzərə alınsa -red.).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: