İsrailin zərbələri nəticəsində “Hizbullah” komandirlərindən biri öldürülüb

A- A A+

İsrailin pilotsuz uçuş təyyarəsinin Livana endirdiyi zərbələr nəticəsində “Hizbullah” komandirlərindən biri öldürülüb.

NUHÇIXAN-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, öldürülən şəxs “Hizbullah” Hərbi Hava Qüvvələrinin komandiri Əli Hüseyn Burcidir.

Bu, yüzlərlə “Hizbullah” tərəfdarının yanvarın 8-də qətlə yetirilən “Radvan” qanadının komandirlərindən biri Visam Həsən əl-Tavilin dəfn mərasimi ilə əlaqədar Xirbet Silma şəhərində matəm mitinqi zamanı baş verib.

Burci əvvəllər İdlib vilayətində quldur dəstələrinə qarşı Suriya ordusunun tərəfində vuruşan çevik reaksiya qüvvələrinə rəhbərlik edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: