Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rusiyalı hərbçilər saxlanılıb
Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki rusiyalı hərbçi və bir yerli sakin saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Bildirilib ki, hadisə yanvarın 6-da Şirak rayonunun Arapi kəndində (Rusiya hərbi bazası Gümrüdə yerləşir) yoxlama aparan patrul əməkdaşları “Opel” markalı avtomobili saxlayarkən baş verib.
Sürücünün Arapi sakini olduğu üzə çıxıb və o, avtomobildən düşən zaman şüşə pipetka və polietilen torbanı yerə atıb. Hərbçilərin üzərində axtarış zamanı bıçaq və içərisində ağ maddə olan qələm qapağı aşkar edilib. Onlar polis şöbəsinə aparılıb.