Məhkəmə Ermənistanın keçmiş müdafiə nazirini azadlığa buraxmayıb

A- A A+

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan hələ həbsdə qalacaq.

NUHÇIXAN “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə keçmiş nazirin vəkili Andranik Manukyan bildirib.

Onun sözlərinə görə, Antikorrupsiya Məhkəməsi David Tonoyanın sərbəst buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Qeyd edək ki, 2018-ci il mayın 10-dan 2020-ci il noyabrın 20-dək müdafiə naziri olmuş David Tonoyan yararsız aviasiyaya aid döyüş sursatı almaqda ittiham olunur. O, 2021-ci ilin sentyabrında həbs edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: