Bayden administrasiyası Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi haqqında qanunu dəstəkləyib

A- A A+

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın Qərbdə dondurulmuş təxminən 300 milyard dollarlıq aktivlərinin müsadirə edilməsinə imkan verən qanun layihəsini dəstəkləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Bloomberg agentliyi Milli Təhlükəsizlik Şurasının sənədinə istinadən məlumat yayıb.

Vəsaitlərin Ukraynanın bərpasına yönəldilməsi planlaşdırılır. ABŞ Milli Təhlükəsizlik Şurasının Senatın Xarici Əlaqələr Komitəsinə göndərdiyi sənəddə deyilir ki, administrasiya prinsipcə Rusiya vəsaitlərinin müsadirəsinə icazə verən qanunvericiliyi alqışlayır.

Qanun layihəsi ABŞ-nin müvafiq icra qurumuna Rusiyanın suveren aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək üçün lazım olan səlahiyyətləri verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: