“Anadolu” agentliyinin əməkdaşları Xarkovda raket hücumuna məruz qalıb

A- A A+

Ukraynadakı müharibəni işıqlandıran Türkiyənin “Anadolu” agentliyinin çəkiliş qrupunun Xarkovda qaldığı hotel raket hücumuna məruz qalıb.

NUHÇIXAN agentliyə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Qeyd edilib ki, partlayışlar nəticəsində hotelin yuxarı mərtəbələri dağılıb və bina alova bürünüb.

Vurğulanıb ki, “Anadolu”nun müxbiri David Kaçkaçişvili və fotojurnalist Özge Elif Kızıl binanı tərk etməyə müvəffəq olub. D.Kaçkaçişvili yüngül yaralanıb. ​​Qeyd edilib ki, hər iki jurnalistin səhhəti qənaətbəxşdir.

Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, jurnalistlərin olduğu hotel S-300 raketləri ilə vurulub, 30-dan çox mülki vətəndaşın olduğu hotel kompleksinin binasına ziyan dəyib, bir neçə avtomobil də yanıb.

Onun sözlərinə görə, 11 nəfər yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: