Ermənistan DİN-in 629 əməkdaşı ixtisar ediləcək

A- A A+

Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) 629 əməkdaşı ixtisar ediləcək.

NUHÇIXAN xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan DİN-in 2023-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabatın müzakirəsi zamanı bildirib.

Nazirlər Kabinetinin yaydığı məlumata görə, hökumət bu addımı idarəetmənin keyfiyyətinin yüksəldilməsi və müxtəlif şöbələrin funksiyalarının təkrarlanması hallarının aradan qaldırılması məqsədi ilə atır.

N.Paşinyan vurğulayıb ki, zabit məktəbi, zabit universiteti və başqa belə qurumların adı var, amma heç bir funksiyası yoxdur: “Ancaq bizim polis zabitlərini ordu, polis, xilasetmə xidməti, xüsusi xidmət orqanlarına və s. müxtəlif strukturlara inteqrasiya edəcəyimizin yolları barədə anlayışımız yoxdur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: