Fransanın yeni xarici işlər naziri təyin olunub

A- A A+

Stefan Sejurne Fransanın yeni Avropa və xarici işlər naziri təyin olunub.

NUHÇIXAN xəbər verir ki, bu təyinatı Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler yeni hökumətin elanı zamanı bildirib.

Sejurne 2022-ci ilin mayından Fransa diplomatiyasına rəhbərlik edən Ketrin Kolonnanı əvəz edəcək.

Qeyd edək ki, Fransanın Baş naziri Qabriel Attal bu gün yeni hökuməti formalaşdırıb. Daxili işlər, iqtisadiyyat və maliyyə, ədliyyə və müdafiə sahələri üzrə nazirlərin öz vəzifələrində qaldığı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: