2025-ci ilədək Avropa ölkələrində yük avtomobilləri və avtobusların atmosferə buraxdığı karbon dioksidin miqdarı 2019-cu illə müqayisədə altıdabir hissə, 2030-cu ildə isə üçdəbir hissə qədər azaldılacaq.
NUHÇIXAN xəbər verir ki, bu iddialı ekoloji planı Avropa İttifaqı hazırlayıb. Lakin müvafiq texnologiyaların yetərincə olmaması səbəbindən bu məqsədlərə necə çatmağı heç kim bilmir. Beləliklə, planın icra olunması üçün Avropa ölkələrində minik və yük avtomobilləri uçun karbon dioksid qazının emissiyası üzrə məhdudiyyətlər tətbiq etmək lazım gələcək.
Bu plan Avropa Komissiyası və Avropa Parlamentində müzakirəyə çıxarılacaq.