Hindistana məxsus təyyarə 8 ildən sonra okeanın dibində tapılıb

A- A A+

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “An-32” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğradıqdan 8 il sonra Benqal körfəzində Hind okeanının dibində tapılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2016-cı ildə itkin düşən və içərisində 29 nəfərin olduğu təyyarənin qalıqları Milli Okean Texnologiyaları İnstitutunun dərin dəniz tədqiqatları zamanı tapılıb.

Tədqiqatlar 3 400 m dərinlikdə, avtonom sualtı aparat vasitəsinin köməyi ilə həyata keçirilib. Məhz bu aparatın çəkdiyi şəkillər nəticəsində təyyarənin son dəfə radarlarda olduğu yerin oekan dərinliklərində təyyarənin görüntüləri çəkilib.

Xatırladaq ki, 2016-cı il iyulun 22-də Hindistan HHQ-yə məxsus “An-32” təyyarəsi “Tambaran” aviabazasından havaya qalxaraq Andaman adalarındakı Port Bleyrə eniş etməli idi. Təyyarədə 21 hərbçi və 8 mülki şəxs olub. Havaya qalxdıqdan 16 dəqiqə sonra pilotdan hər şeyin normal olduğu xəbəri alınsa da, bu mesaj təyyarədən gələn sonuncu mesaj olub.

Daha sonra genişmiqyaslı əməliyyat-axtarış tədbirləri keçirilsə də, təyyarəni aşkar etmək mümkün olmayıb. İlkin araşdırma göstərib ki, təyyarədə qəza zamanı onu tapmaq üçün lazımi avadanlıqlar olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: