Ermənistanda zəncirvari avtomobil qəzası baş verib, nəticədə 10-dan çox insan yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yanvarın 12-də gecə saatlarında İrəvan-Sevan avtomagistralının 43-cü kilometrliyində 17 avtomobil toqquşub. On nəfərdən çox insan yaralanıb, onlardan biri 5 yaşlı uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə cəlb olunam xilasedicilər və polis patrul xidmətinin əməkdaşları qəzaya uğramış avtomobilləri yolun hərəkət hissəsindən kənarlaşdırıb.