Türkiyə Milli Müdafiə Nazirliyi: Zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib

A- A A+

İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödəməyə davam edirik. Əməliyyatlarımız qətiyyətlə davam edir", - açıqlamada deyilir.

Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: