Ekvadorda saxlanılan şəxslərin sayı 1300-ü ötüb

A- A A+

Ekvadorun silahlı qüvvələri və polisi həbsxanada iğtişaşlar başlayandan bəri 1327 nəfəri saxlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Prezident Daniel Noboa administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb.

“2024-cü il yanvarın 9-dan 14-nə kimi 1327 şübhəli saxlanılıb, onlardan 143-ü terrorçuluqda şübhəli bilinərək saxlanılıb. 5 terrorçu öldürülüb, 2 polis əməkdaşı həlak olub”, - paylaşımda qeyd edilib.

Qeyd edilib ki, 500-ə yaxın odlu silah, təxminən eyni sayda bomba və 5 tondan çox narkotik maddə ələ keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: