ABŞ ordusu Qırmızı dənizdə Amerika gəmisinin raketlə vurulduğunu təsdiqləyib

A- A A+

Yəməndəki husi üsyançılar tərəfindən atılan raket bazar ertəsi Marşal adaları bayrağı altında üzən ABŞ-nin “Gibraltar Eagle” yük gəmisinə tuş gəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Komandanlıqdan həmçinin bildirilib ki, yerli vaxtla saat 14:00-da ABŞ Silahlı Qüvvələri Qırmızı dənizin cənubunda gəmiçilik marşrutlarına doğru raketin buraxılması faktını qeydə alıb.

Raketin Yəmən ərazisinə düşdüyü, itki olmadığı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: