Britaniya gəmisinə Yəmən sahillərində növbəti dəfə hücum olub

A- A A+

Böyük Britaniya şirkətinə məxsus gəmiyə Yəmən sahillərində növbəti hücum olub.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, məlumatı Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yayıb.

Bildirilib ki, krallığın “Ambrey” şirkətinə Yəmən sahillərindən raket atılıb. Məlumata görə, gəmi Malta bayrağı altında üzürmüş. Hücum nəticəsində itkilərlə bağlı məlumat yayılmayıb.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəməndə husilərin 5 şəhərdə 60-dan artıq mövqeyini vurub, 70-dən artıq zərbə endirmişdi.

Xatırladaq ki, husilər Qırmızı dənizdə hərəkət edən xarici ölkələrə məxsus neft tankerləri və gəmilərinə hücum edib. ABŞ və krallıq həmin nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bu addımı atdıqlarını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: