İran Pakistandakı hədəflərə raket zərbəsi endirib

A- A A+

İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) “Cəyş əl-Zülm” qruplaşmasının Pakistandakı qərargahlarına zərbələr endirib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə “Tasnim” yazıb.

Agentliyin məlumatına görə, zərbələr raket və dronlar vasitəsilə vurulub. Beləliklə, “Sepah” ilk dəfə Pakistan ərazisini vurmuş olub.

"Tasnim”in məlumatında qeyd olunub ki, zərbələr Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisində endirilib, belə ki orada təşkilatın əsas qərargahlarından biri yerləşirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: