Yaxın bir neçə həftə ərzində Avropa İttifaqı (Aİ) Ukraynaya 50 milyard avro dəyərində 4 illik yardım paketini təsdiq edə bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bir neçə avropalı diplomat nəşrə bildirib ki, Macarıstanın Baş naziri Viktor Orban əvvəllər Aİ-nin maliyyə yardımı göstərməsinə razı olmayıb. Buna görə də fevralın 1-də Brüsseldə keçiriləcək Avropa liderlərinin sammitində yardım paketinin razılaşdırılması məqsədilə Aİ ilə Macarıstan arasında danışıqlar aparılır: “Aİ əmindir ki, yaxın bir neçə həftə ərzində bununla bağlı razılaşma əldə oluna bilər”.