ABŞ-dən açıqlama: Türkiyəyə F-16-ların satışına dəstəyimiz davam edir

A- A A+

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ administrasiyasının Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dəstəyini davam etdirdiyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, Kirbi gündəlik mətbuat brifinqində Türkiyəyə F-16 satışını qiymətləndirib.

“Vəzifəyə gəldiyimiz gündən bu mövzuda ardıcıl siyasi mövqeyimiz var. Əlavə F-16-ların satışına və modernləşdirilməsinə dəstək verməyə davam edirik”, -deyə o, bildirib.

Con Kirbi F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildirişin nə vaxt göndəriləcəyi və satış cədvəli ilə bağlı dəqiq bir tarix deyə bilməyəcəyini söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: