İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərinə Pakistan qırıcılarının zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Xatırladaq ki, Rəsmi İslamabadın yaydığı açıqlamaya əsasən, yanvarın 18-də Pakistan İranın bu əyalətinin Seravan şəhərində terrorçuların mövqeyini bombalayıb.