Serbiya son 10 ildə hərbi xərclərini üç dəfə artırıb

A- A A+

Serbiya 2014-2023-cü illər ərzində müdafiə xərclərini üç dəfə artırıb.

NUHÇIXAN xəbər verir ki, Serbiya təxminən on ildə silah və hərbi texnikanın alınmasına ümumilikdə 2 milyard 870 milyon dollar xərcləyib. Təkcə 2023-cü ildə isə hərbi xərclər 1 milyard 510 milyon dollar olub.

Müdafiə sənayesinə investisiyalara görə Qərbi Balkan regionunda Serbiyadan sonra siyahıda Albaniya, Şimali Makedoniya və Monteneqro gəlir. Bosniya və Herseqovina isə bu illər ərzində hərbi büdcəsini dollar ifadəsində 5 faiz artıraraq 15 milyon dollarlıq silah alıb və region ölkələr arasında sonuncu pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: