İran və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

A- A A+

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

İran XİN rəhbəri region ölkələrinin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu bildirib.

Nazir qeyd edib ki, terror qruplarına qarşı birgə və qətiyyətli mübarizə bütün region ölkələrinin ümumi məsuliyyətidir.

Abdullahian, həmçinin İran Prezidenti İbrahim Rəisinin yaxın gələcəkdə Ankaraya səfərinin regional təhlükəsizliyin yaxşılaşdırılmasında təsirli rol oynayacağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: