Almaniyanın ən böyük hava limanında 300 aviareys ləğv olunub

A- A A+

Almaniyanın Hessen federal əyalətinin Frankfurt-Mayn şəhərindəki hava limanında əlverişsiz hava şəraiti ilə əlaqədar 300-ə yaxın aviareys ləğv edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Fraport” idarəetmə kompaniyası məlumat yayıb.

Bundan öncə Almaniya Meteorologiya Xidməti həftənin ortalarında “Gertrud” siklonunun ölkənin əksər bölgələrində fırtına, qar və buz yağışına səbəb olacağını bildirib. Əsasən də ölkənin mərkəzi rayonlarına güclü qar yağacağı gözlənilir.

Qeyd edək ki, Frankfurt-Mayn beynəlxalq hava limanı sərnişin axını baxımından Almaniyanın ən böyük aeroportudur. O, 2022-ci ildə demək olar ki, 49 milyon sərnişinə xidmət göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: