Macarıstan hökuməti Avropa Parlamentinin rəhbərliyini “riyakarlar dəstəsi” adlandırıb

A- A A+

Macarıstan Hökumətinin nümayəndəsi Avropa Parlamentinin və Avropa Komissiyasının rəhbərliyini “riyakarlar dəstəsi” adlandırıb, çünki onlar Budapeşti Avropa İttifaqında maliyyələşdirmədən və səs hüququndan məhrum etmək istəyir, eyni zamanda Polşadakı yeni hakimiyyət orqanlarının qeyri-demokratik hərəkətlərinə göz yumur.

NUHÇIXAN Macarıstanın mətbuat orqanlarına istinadla xəbər verir ki, Macarıstanın Baş nazirinin Aparatının rəhbəri Gergely Qulyaş jurnalistlərlə görüşdə Polşa hökumətinin sədri Donald Tusku tənqid edib. O, hakimiyyətə gələndən sonra güc tətbiq etməklə islahatlar aparmağa başlayıb və dövlət KİV-lərində və prokurorluqda siyasi təmizləmələr həyata keçirib.

“Əgər bu, Macarıstanda baş versəydi, ikili standartlardan çıxış edən və Brüsseldə hökmran olan riyakarlar dəstəsinin reaksiyasına baxmaq istərdim”, - deyə hökumətdə nazir postunu tutan Qulyaş bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı rəhbərliyi, “bəzi hallara sərtlik nümayiş etdirərək, digərlərinə isə göz yumaraq", başqa ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışır.

Xatırladaq ki, bir gün əvvəl Avropa Parlamentində Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin iştirakı ilə müzakirələr aparılıb, onların gedişində Avropa Parlamentinin bir sıra deputatları Avropa İttifaqının büdcəsindən və fondlarından Macarıstana çatmalı olan vəsaitlərin bloklanmasını davam etdirməyi təklif ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: