Fransada etiraz nümayişləri yenidən alovlanır

A- A A+

Fransanı yenidən etiraz nümayişləri bürüməkdədir. Polislər, kənd təsərrüfatı işçiləri, nüvə mərkəzləri kimi sahələrdə çalışanlar etiraz səslərini ucaltmağa başlayıblar.

NUHÇIXAN xəbər verir ki, ölkədə kənd təsərrüfatı işçilərinin qəzəbi daha sərt xarakter alıb. Bir necə gündür üzləşdikləri böhrana etiraz olaraq onlar səslərinin eşidilməsi üçün avtobanı traktor və yük maşınları ilə blokadaya alıblar. Bu nümayiş artıq Avropada aqrar sahədə dərin narahatlığa dəlalət edən yeni etiraz dalğasının başlanğıcı və son ayların qəzəbinin ifadəsi olduğu qeyd edilir. Kiçik aksiyalardan sonra fermerlər səslərini daha da ucaltmaq qərarına gəliblər.

Renn, Avinyon, Laval, Tuluz kimi bir çox əyalətlərdə son həftələr fermerlərin nümayişləri genişlənib. Yüzlərlə traktor və yük maşınının birləşdiyi nümayişlər zamanı aidiyyəti qurumların qarşısına saman və peyin tökülüb. Oksitan fermerləri tərəfindən hələ də A64 avtobanın blokadası davam edir. Nümayişçilər səbir kasasının dolduğunu vurğulayaraq, hökumətdən onların tələblərini dinləməyi tələb edirlər. Dövlətin onların səsini eşitmədiyini, qapıları onların üzünə bağladığını bildirirlər.

Son vaxtlar inflyasiya səbəbindən istehsal xərclərini kəskin artdığını bildirən etirazçılar son vaxtlar kommersiya danışıqları zamanı xərclərin bütün kənd təsərrüfatı zənciri üzrə ödənilməsini nəzərdə tutan “Eqalim” qanununa əhəmiyyət verilmədiyini deyirlər. Fermerlər hökumətin dizel vergisinin tədricən artmasına qəzəblərini eşitdirir, bugünkü qiymətlərlə daha işləyə bilməyəcəklərini qeyd edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: