ABŞ yeni B-21 Raider bombardmançı təyyarəsini sınaqdan keçirib

A- A A+

Amerikalı mütəxəssislər yeni altıncı nəsil strateji bombardmançı “B-21 Raider”in ikinci sınaq uçuşunu həyata keçiriblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə yerli “Air & Space Forces Magazine” nəşri ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndəsi Enn Stefanekə istinadən yazır.

Nəşr qeyd edir ki, bu təyyarənin ilk uçuş sınaqları 2023-cü il noyabrın 10-da baş tutub. Eyni zamanda, yeni uçuşlar əvvəlcədən elan edilməyib.

Bununla belə, o, bombardmançının sınaq proqramı, o cümlədən etdiyi uçuşların ümumi sayı barədə təfərrüatları açıqlamayıb. Nəşrin məlumatına görə, bu, ABŞ Hərbi Hava Qüvvələrinin əməliyyat təhlükəsizliyini təmin etmək məqsədilə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: