Ukraynada 500 min nəfərin səfərbərliyi üçün səbəb yoxdur - Zelenski

A- A A+

Ukraynada orduya əlavə olaraq 500 min insanı səfərbər etmək üçün hələlik səbəb yoxdur.

NUHÇIXAN xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Böyük Britaniyanın “Channel 4” telekanalına müsahibəsində deyib. “Hazırda yarım milyon insanın səfərbər olunması zərurətini söyləmək üçün kifayət qədər aydın təfərrüatlar görmürəm”, - deyə Ukrayna Prezidenti bildirib.

Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin sayı 1,1 milyon nəfərdir. Ötən ilin sonlarında hərbi komandanlıq əlavə olaraq 450-500 min nəfərin səfərbər edilməsi barədə təklif irəli sürmüşdü. Lakin indiyədək qanunvericilik səviyyəsində müvafiq qərar qəbul edilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: