Ukrayna Rusiyaya qarşı döyüşən əcnəbilərə vətəndaşlıq verəcək

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna üçün Rusiyaya qarşı döyüşən əcnəbilərə vətəndaşlıq verilməsini nəzərdə tutan qanun layihəsini bəyan edib.

NUHÇIXAN Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Birlik Günü” münasibətilə sosial media hesabında paylaşımında qeyd edib. O, bildirib ki, bu gün Ali Radaya təqdim etdiyi qanun layihəsi hərtərəfli hüquqi düzəlişlərin qəbul edilməsinə və ikili vətəndaşlığa imkan verəcək.

“Ukraynanın müdafiəsi uğrunda silah götürən xarici döyüşçülər, öz vətənləri imiş kimi Ukraynanın azadlığı uğrunda döyüşən hər kəs. Ukrayna onlar üçün belə (Vətən) olacaq”.

Qanun layihəsi ilə ukraynalıların Rusiya istisna olmaqla, digər ölkələrlə ikili vətəndaşlığına rəsmi şəkildə icazə veriləcək”, - Zelenski qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: