Son 5 ildə Ermənistanda söz azadlığının səviyyəsi kəskin səviyyədə aşağı düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə yerli “Joqovurd” nəşri yazıb.
Bildirilib ki, ölkədə son 5 ildə jurnalistlərə qarşı təzyiqlər artıb: “Bu təzyiqlər o qədər çoxdur ki, bəzi media orqanları və ayrı-ayrı jurnalistlər özünü müdafiə etmək üçün məhkəmə sisteminə və ya jurnalist təşkilatlarına müraciət edirlər”.
Qeyd olunub ki, 2023-cü ildə Ermənistanda jurnalistlərə qarşı 36 məhkəmə işi olub.
Məlumata görə, Söz Azadlığının Müdafiəsi Komitəsinin 2013 və 2014-cü illərdə apardığı əvvəlki analoji araşdırmalarla müqayisədə əldə olunan nəticə göstərir ki, təhqir və böhtanla bağlı işlərin sayı təxminən 3 dəfə artıb.
“Məsələ burasındadır ki, əsas özəyini media sahəsinin keçmiş nümayəndələri təşkil edən hazırkı hakimiyyət bu məsələdə öz həmkarlarına qarşı "sui-qəsd" qurur, onlara qarşı iddialar qaldırır”, - nəşr yazıb.