Rusiya hərbi təyyarənin vurulduğunu və göyərtədə olanların hamısının öldüyünü təsdiqləyib

A- A A+

Rusiya Dövlət Dumasının Hərbi Komitəsinin sədri Andrey Kartapolov Ukraynanın İL- 75 hərbi-nəqliyyat təyyarəsini məqsədli şəkildə vurduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Duma rəsmisi qeyd edib ki, Ukraynanın niyyəti əsir mübadiləsini pozmaq idi: “Təyyarənin hara uçduğunu, hara getdiyini qarşı tərəf çox yaxşı bilirdi”.

O söyləyib ki, artıq mübadilə mümkün deyil: “Ukrayna bizi günahlandırmaq üçün belə etdi”.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov isə bu gün əsir mübadiləsinin planlaşdırıldığını təsdiqləyib: “Lakin bu, alınmadı”.

A.Yusov əlavə edib ki, Kiyev təyyarədə hərbi əsirlərin olması ilə bağlı məlumatı dəqiqləşdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: