İran Prezidenti Türkiyədə rəsmi səfərdədir

A- A A+

Bu gün İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə gəlib.

NUHÇIXAN xəbər verir ki, səfər zamanı ikitərəfli və heyətlər arasında görüşlər keçiriləcək. Əsas gündəm mövzuları terrorla birgə mübarizə, İsrail-Fələstin və Rusiya-Ukrayna qarşıdurmalarıdır.

Səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasının keçirilməsi, eləcə də iki ölkə arasında ticarət, iqtisadiyyat, mədəniyyət və elm kimi ayrı-ayrı sahələrdə sənədlərin imzalanması nəzərdə tutulur.

İki dövlət başçısının mediaya birgə açıqlama vermələri gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: