Ədən körfəzi yaxınlığında gəmiyə hücum edilib

A- A A+

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmən sahillərində gəmiyə hücum edildiyini açıqlayıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, hadisə Yəmənin Ədən limanından 45 dəniz mili cənubda baş verib.

“Səlahiyyətlilər araşdırmalar aparır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, - məlumatda qeyd edilib.

Koordinasiya Mərkəzi hadisəni hücum kimi təsnif edərək, bu barədə məlumatın gəminin kapitanından alındığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: