Britaniya ordusunun sayı 2000-ci ildən bəri 65 min nəfər azalıb

A- A A+

Böyük Britaniya Silahlı Qüvvələrinin sayı 2000-ci ildən bəri 31,7 faiz (65,5 min nəfərdən çox) azalıb.

NUHÇIXAN xəbər verir ki, “UK Defence Journal” nəşri bu barədə parlamentin məlumatlarına istinadla məlumat yayıb. Parlamentdə keçirilən dinləmələrdə müdafiə nazirinin müavini Endryu Murison Silahlı Qüvvələrin sayının 2000-ci ildəki 207 min nəfərdən 141,5 min nəfərə endiyini bildirib.

Məlumata görə, Quru Qoşunlarının sayı 29,79 faiz (109 min 600 nəfərdən 76 min 950 nəfərədək), Hərbi Dəniz Qüvvələri və Dəniz Korpusundakı hərbçilərin sayı 23,86 faiz (42 min 800 nəfərdən 32 min 590 nəfərədək), Hərbi Hava Qüvvələrində şəxsi heyətin sayı isə 41,5 faiz (54 min 600 nəfərdən 54 min 600 nəfərədək) azalıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: